İyulun 24-də Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovun həbsinin ev dustaqlığı ilə əvəz edilməsinə dair şikayətinə baxılıb. Məhkəmə prosesi qapalı keçirilib, məhkəmədə A. Məhərrəmovun özü və vəkili Aqil Layıc da iştirak ediblər.
A. Məhərrəmov məhkəmədə çıxış edərək “Mən özümü ümumiyyətlə təqsirli bilmirəm və şikayətimizin təmin olunması mənim haqqımdır” deyə bildirib.
Məhkəmə uzunmüddətli müşavirədən sonra verilmiş şikayətin təmin olunmadığını bildirib. Vəkil Aqil Layıc bu qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.
Qeyd edək ki, mayın 25-də AXCP üzvləri Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Mən özümü təqsirli bilmirəm" - Video
Oxşar xəbərlər