Fəridə Cəbrayılzadə dəfn edildi - Foto

Ötən gün meyiti tapılan üç alpinistdən biri Cəbrayılzadə Fəridə Zəbiyulla qızının nəşi dəfn olunmaq üçün Masallı rayonuna gətirilib.

APA-nın məlumatına görə, F.Cəbrayılzadə rayonun Şərəfə kəndində torpağa tapşırılacaq.

***

Ötən gün meyiti tapılan üç alpinistdən biri - Cəbrayılzadə Fəridə Zəbiyulla qızı Masallı rayonunda dəfn olunub.

Mərhum Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılıb.