Kriminal avtoritet jurnalistləri ölümlə təhdid etdi

Türkiyənin Kırıqqala həbsxanasında saxlanılan cinayətkar qruplaşmanın rəhbəri, məşhur kriminal avtoritet Alaattin Çakıcı jurnalistləri təhdid edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kriminal avtoritet “Karar” qəzetinin 6 əməkdaşını ondan yazı yazdıqlarına görə ölümlə təhdid edib.

İctimaiyyətə yayılan məktubda ölümlə təhdid edilən jurnalistlərin adı bir-bir çəkilir.

Bu gün yayılan məlumatda isə Türkiyə qanunvericiliyinə əsasən, A.Çakıcıya qarşı təşkilatın gücündən istifadə edərək başqalarını ölümlə təhdid etmək maddəsi ilə cinayət işi açılıb.