İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək

Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan xəstəxanaya köçürüləcək.

“Geo TV”-nin xəbərinə görə, bununla bağlı Pakistan Ali Məhkəməsi qərar çıxarıb.

İmran Xan səhhətindəki problemlərlə əlaqədar olaraq, həbsxanadan xəstəxanaya köçürüləcək.

Məhkəmə İmran Xanın başçılıq etdiyi “Pakistan Tahreek-e-Ensaf” partiyasından keçmiş Baş nazirin sağlamlıq vəziyyətini siyasiləşdirməməyi tələb edib.

Qeyd edək ki, İmran Xan 2022-ci ilin aprelində parlamentdə keçirilən etimadsızlıq səsverməsinin nəticəsi olaraq, vəzifədən kənarlaşdırılıb. O, 2023-cü ilin avqustunda korrupsiya ittihamı ilə həbs edilib. İmran xan və tərəfdarları həbs qərarını siyasi motivli hesab edir.