Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanına bağlı qüvvələrə qarşı hücumlarını davam etdirərək, onların hərbi mövqelərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alıb.
Yəmənin «Səba» xəbər agentliyi hərbi mənbəyə istinadən bildirib ki, Yəmən Silahlı Qüvvələri Səudiyyə Ərəbistanının Əl-Moxa bölgəsində və Mərib vilayətindəki hərbi mövqelərini bir neçə ballistik raket və PUA ilə hədəfə alıb.
Mənbənin sözlərinə görə, bu hücumlar dəqiq və birbaşa olub, nəticədə bir neçə nəfər ölüb və ya yaralanıb, həmçinin Səudiyyə Ərəbistanına məxsus bir sıra silah və sursat anbarları dağıdılıb.
Bu gün, həmçinin, Yəmən mənbələri Yəmən Silahlı Qüvvələrinin Səudiyyə Ərəbistanının Cizan bölgəsindəki mövqelərinə hücum etdiyini bildiriblər.
Eyni zamanda, Cizanda təhlükə sirenləri işə düşüb və Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi də bu bölgədə erkən xəbərdarlıq sisteminin aktivləşdirildiyini açıqlayıb.
Digər tərəfdən, Səudiyyə Ərəbistanı Səədə vilayətinin sərhədyanı Razeh rayonunda əhalinin sıx məskunlaşdığı kəndləri artilleriya mərmiləri ilə atəşə tutub.
Yəmən Səudiyyə Ərəbistanına bağlı qüvvələri Əl-Moxa və Məribdə hədəfə alıb