İsrail Qəzzada 1 076 məscidi dağıdıb

İsrail ordusu Qəzza sektorunda soyqırımı və kütləvi qətliamlar törətməklə yanaşı, həm də bölgədəki məscidləri dağıdıb.

Bu barədə Qəzzanın Vəqflər və Dini İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, İsrail ordusu Qəzzadakı 1 275 məsciddən 1 076-sını bombalayaraq və partladaraq tam şəkildə dağıbı, 165 müsəlman ibətgahını isə qismən dağıdıb. Yalnız 34 məscid müəyyən zədələlər alaraq salamat qalıb.

Bundan başqa, 2023-cü il 7 oktyabrda müharibənin başlanmasından bəri İsrail ordusu 233 imam, vaiz və müsəlman din xadimini də qətlə yetirib.

Xatırladaq ki, İsrail ordusu bu müddət ərzində 73 386 günahsız fələstinlini qətlə yetirib, həmçinin 174 256 qəzzalını yaralayıb. Öldürülənlər və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir. 10 minə yaxın Qəzza sakini isə itkin düşüb.