Malayziyanın Qəzza ilə bağlı Qərbə cavabı: İkiüzlülüyə dözümlü olmaq olmaz...

“Malayziyanın 70 ildir davam edən böyük bir problemi həll etməsini gözləyirsiniz”

Malayziyanın Baş naziri Ənvər İbrahim Qərb ölkələrini Qəzza ilə bağlı sərt tənqid edib. İbrahim Fələstin məsələsindəki ikili standartın artıq qəbuledilməz olduğunu bildirib.

Hadisələrə yalnız bugünkü Qəzzaya edilən hücumlar baxımından baxılmamalı olduğunu vurğulayan İbrahim, Fələstin xalqının üzləşdiyi problemin təxminən 70 ildir davam etdiyini vurğulayıb.

“Qərbin Qəzza ilə bağlı ikiüzlülüyünə artıq dözümlü olmaq olmaz. Üstəlik, bu, yeni bir şey deyil. Məsələni bugünkü Qəzza ilə məhdudlaşdırmayın. Bu vəziyyət 70 ildir davam edir. İndi Malayziya kimi inkişaf etməkdə olan bir ölkənin 70 ildir davam edən bu böyük problemi həll etməsini gözləyirsiniz”.

Malayziya illərdir Fələstin məsələsində qətiyyətli və aydın mövqe tutur. Ənvər İbrahim administrasiyası Qəzza ilə bağlı güzəştə getmədən bu xətti davam etdirir.

Fələstin xalqının hüquqlarını beynəlxalq platformalarda tez-tez və ucadan müdafiə edən İbrahim, Qəzzada baş verən humanitar faciələr qarşısında qlobal aktyorların səssizliyini tənqid edir. Fələstin məsələsinin sadəcə son bir neçə ilin böhranı deyil, onilliklərdir həll olunmamış tarixi və siyasi ədalət problemi olduğunu bildirən Malayziya Baş naziri, məsuliyyətin birtərəfli şəkildə inkişaf etməkdə olan ölkələrin üzərinə qoyula bilməyəcəyini iddia edir.