Ukrayna Müdafiə Qüvvələri Rusiya ərazisində və işğal olunmuş Ukrayna torpaqlarında bir sıra hərbi və strateji obyektlərə zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, avqustun 16-na keçən gecə Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən “Kombinat Kamenskiy” müəssisəsi vurulub.
Zərbədən sonra müəssisənin ərazisində yanğın qeydə alındığı bildirilib. “Kombinat Kamenskiy” Rusiyanın müdafiə sənayesi ilə əlaqəli müəssisələrindən biridir və raketlər üçün bərk yanacaq istehsal edir.
Baş Qərargah həmçinin işğal olunmuş Krımın Rezervnoye yaşayış məntəqəsi yaxınlığında Rusiya qoşunlarının raket bölməsinin cəmləşdiyi əraziyə zərbə endirildiyini açıqlayıb.
Zaporojye vilayətinin işğal altındakı Svetlodolinskoye yaşayış məntəqəsi yaxınlığında Rusiya qüvvələrinin hərbi logistika və şəxsi heyətin daşınması üçün istifadə etdiyi dəmir yolu körpüsü də vurulub. Donetsk vilayətinin Karlovka ərazisində isə Rusiya ordusunun maddi-texniki vasitələr və döyüş sursatlarının saxlanıldığı anbarlara zərbə endirilib.
Ukrayna Baş Qərargahı son günlər həyata keçirilmiş digər zərbələrin nəticələrinə dair də məlumat yayıb. Tümen vilayətinin Tobolsk şəhərindəki “ZapSibNeftexim” neft-kimya kompleksinin əvvəlki hücumdan sonra fəaliyyətini dayandırdığı bildirilir. Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorqsintez” neft emalı zavoduna isə avqustun 11-də zərbə endirilib və müəssisədə yanğın qeydə alınıb.
Baş Qərargah Rusiya qüvvələrinin mühüm hərbi obyektlərinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
Ukrayna Rusiyanın hərbi sənaye müəssisəsini və bir sıra strateji hədəfləri vurub