“Amnesty International” “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin azadlığa buraxılması tələbi ilə Azərbaycan Prezidenti İlham Əliyevə petisiya ünvanlayıb.
Petisiyada Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko, Natiq Cavadlı, Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli, Əhməd Muxtar və Ülvi Tahirovun adları çəkilir.
Təşkilat bildirir ki, bu şəxslər müstəqil və tənqidi fəaliyyətlərinə görə təqib olunurlar. Onlara qarşı irəli sürülən valyuta qaçaqmalçılığı ittihamının siyasi motivli olduğu və müstəqil medianı susdurmaq məqsədi daşıdığı qeyd edilir.
Kampaniyada Aytac Tapdığın səhhətinə ayrıca diqqət ayrılıb. Avropa Jurnalistlər Federasiyası avqustun 11-də onun Bakı İstintaq Təcridxanasında tibbi yardımdan məhrum edildiyini bildirib. Aytac Tapdıq iyulda göndərdiyi məktubda ona tibbi yardım göstərilməsindən imtina edildiyini yazıb. Vəkili Cavad Cavadov da jurnalistin səhhəti ilə bağlı Tibb Baş İdarəsinə müraciət etdiklərini, lakin cavab almadıqlarını deyib.
“Amnesty International” Şəmşad Ağanın mədə xorası ilə bağlı problem yaşadığını, Aynur Elgünəşin əməliyyatdan sonra fizioterapiyaya, Ülviyyə Əlinin isə xroniki xəstəliyi səbəbindən mütəmadi tibbi yardıma ehtiyacı olduğunu bildirir. Təşkilat bəzi saxlanılanların fiziki, psixoloji və cinsi xarakterli təzyiqə məruz qaldıqları barədə məlumat verdiklərini də qeyd edir.
Təşkilat Azərbaycan hakimiyyətindən 12 nəfərin azad edilməsini, işgəncə və pis rəftar iddialarının araşdırılmasını, səhhəti risk altında olanlara tibbi yardım göstərilməsini və müstəqil jurnalistlərin təqibinə son qoyulmasını tələb edir.
Həbs olunanlar ittihamları rədd edir və həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Məhkəmə prosesi davam edir.
“Amnesty International” İlham Əliyevdən “Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin azadlığa buraxılması tələb edib