Tehran “Məkkə sazişi” ilə bağlı dəvəti yalanladı

İslam Respublikasına “Məkkə sazişi”nə qoşulmaqla bağlı rəsmi dəvət göndərilməyib.

Məlumatı İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi İsmayıl Bəqayi bəyan edib.

Bununla belə, iranlı diplomat əlavə edib ki, bu istiqamətdə bəzi təkliflər gündəmə gətirilib.

Xatırladaq ki, daha öncə mediada rəsmi Tehranın da “Məkkə sazişini” qoşulmaqla dəvət aldığına və məsələnin gözdən keçirildiyinə dair məlumatlar yayılmışdı.

Qeyd edək ki, 7 avqustda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin iştirakı ilə Məkkə şəhərində birgə müdafiə razılaşması əldə edilib. Sənədə əsasən, tərəflərdən birinə hücum bütün iştirakçılara qarşı aqressiya kimi qiymətləndiriləcək.