Rusiyanın Buçaya hücumlarında 37 nəfər ölüb

Rusiyanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində 37 nəfər ölüb, 40 -dan çox xəsarət alan var.

Hadisə yerində qəza-xilasetmə və yanğınsöndürmə işləri və dağıntıların təmizlənməsi tədbirləri davam edir.

Yaralanan 42 nəfərin hamısına tibbi yardım göstərilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.