Nigeriyanın müxtəlif şəhərlərində keçirilən 12 Rəbiul-Əvvəl yürüşündə milyonlarla insan iştirak edir

Əhli-Sünnənin məşhur rəvayətlərinə görə, Peyğəmbərimizin (s) doğum ildönümü olan 12 Rəbiul-Əvvəlin gəlişi ilə Nigeriyanın müxtəlif şəhərlərində milyonlarla insanın geniş iştirakı ilə bayram və yürüşlər keçirilib.

Hicri-qəməri təqvimi ilə 1448-ci il, Rəbiul-Əvvəlin 12-sinə təsadüf edən bu gün, Peyğəmbərim HZ. Muhəmmədin (s) doğum günü münasibətilə Nigeriyanın müxtəlif yerlərində yürüşlər təşkil edilib.

Hər il Nigeriyanın müxtəlif şəhərlərində keçirilən bu mərasim bu il cəmiyyətin bütün təbəqələrinin geniş iştirakı ilə baş tutub. İştirakçılar küçələrdə nizamlı cərgələrlə yürüş ediblər.

Şeyx İbrahim Yaqub Zəkzəkinin rəhbərlik etdiyi Nigeriya İslam Hərəkatının üzvləri də bu mərasimlərdə diqqət çəkən şəkildə qatılıblar. Mərasimdə nizamlı və vahid şəkildə iştirak edən qrup müqavimət hərəkatının liderlərinin - İmam Xomeyni, Şəhid Rəhbər, Şəhid Seyid Həsən Nəsrullahın, İslam İnqilabının Lideri Ayətullah Seyid Müctəba Xameneinin, Şeyx İbrahim Zəkzəkinin və digər tanınmış müqavimət liderlərinin şəkillərini və bayraqlarını daşıyıblar.

Yürüş boyunca iştirakçılar Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) olan sevgi və sədaqətlərini ifadə ediblər, Peyğəmbəri və onun Əhli-beytini tərifləyən ilahilər və şeirlər oxuyublar.

Mərasim zamanı ictimaiyyətə və tamaşaçılara şirniyyatlar və müxtəlif yeməklər də təqdim edilib; şəhərlərin atmosferi bayram sevinci ilə dolu olub.

Bu mərasim Nigeriyada Məhəmməd Peyğəmbərin (s) doğum gününü qeyd etmək üçün keçirilən yürüşlərin ilk mərhələsi idi və mərasimin digər mərhələsinin Rəbiul-Əvvəl ayının 17-də ölkənin müxtəlif yerlərində keçirilməsi planlaşdırılır.