"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramından sonra Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə həmin reysə dəyişiklik edib. Bu barədə FaktXəbər-ə qurumun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, 25.03.2019-cu il tarixində Gəncədən, bir reysə əlavə 703 nömrəli Gəncə-Bakı sürətli sərnişin qatarı təyin edilir. Qeyd edək ki, qatar Gəncədən saat 18-00-da yola düşəcək və Bakıya saat 22-15-də çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə ötən ilin dekabrın 29-da start verib. Qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var.
ADY Gəncə-Bakı reysində dəyişiklik edib

Oxşar xəbərlər