Ayətullah Xameneinin göndərdiyi nümayəndə heyəti İraqda Həşdi-Şabi rəhbəri ilə görüşüb

İraqda Həşdi-Şabi rəhbəri Falih əl-Fəyyad İslam İnqilabının lideri Ayətullah Seyid Müctəba Xameneinin göndərdiyi nümayəndə heyətini qəbul edib.

Həşdi-Şabidən verilən yazılı açıqlamaya görə, Fəyyad və bəzi Həşdi-Şəbi rəsmiləri paytaxt Bağdadda Ayətullah Seyid Müctəba Xameneinin göndərdiyi nümayəndə heyəti ilə görüşüblər.

Nümayəndə heyəti ABŞ hücumunda şəhid olan Ayətullah Xameneinin dəfn və vida mərasimlərində iştiraklarına və münasibətlərinə görə İraq hökumətinə və xalqına minnətdarlığını bildirib.

İran nümayəndə heyəti İraqın rəsmi və xalq mövqeyindən məmnunluğunu ifadə edərək, ölkənin nümayiş etdirdiyi həmrəyliyi və çatdırdığı başsağlığı mesajlarını yüksək qiymətləndirib.

Xatırladaq ki, 29 iyul səhər saatlarında ABŞ və Səudiyyə Ərəbistanı İraqın Kərbəla şəhərinə birgə hava hücumları təşkil etdilər. Hücumlar nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun dörd əsgəri və İranın dəstəklədiyi Haşdi-Şabi (Xalq Səfərbərlik Qüvvələri) təşkilatının 20 üzvü həlak oldu.

Bu arada, ABŞ prezidenti Donald Tramp bildirib ki, "Bu hücumlar İraq hökuməti ilə koordinasiyalı şəkildə həyata keçirilib".