Ayətullah Müctəba Xamenei ilə Pezeşkian arasındakı görüşdə hansı mövzular müzakirə edilib?

İran prezidenti Məsud Pezeşkianın son günlər İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilə keçirdiyi 7 saatlıq genişmiqyaslı görüşün əsas gündəm mövzuları açıqlanıb.

Bu barədə İslam İnqilabı Ali Liderinin media qurumu məlumat yayıb.

Görüşdə müzakirə olunan əsas mövzular aşağıdakı kimi sıralanıb:

– Əhalinin əsas dolanışıq ehtiyaclarının təmin edilməsi,

– “Üçüncü məcburi müharibə”nin şərtləri və qarşıdakı proses,

– Hərbi sahədəki inkişafların qiymətləndirilməsi,

– Rialın, xarici valyutanın və enerji resurslarının idarə olunması,

– Xarici aktorlarla iqtisadi əlaqələr və əməkdaşlıq,

– Mənzil və məşğulluq vəziyyəti,

– Ölkənin düşmənə qarşı müqavimət strategiyasının qiymətləndirilməsi.

Vurğulanıb ki, Ayətullah Seyid Müctəba Xameneinin bu görüşdə verdiyi ən mühüm tövsiyə “milli birliyin və daxili bütövlüyün qorunması, eləcə də parçalanmaya səbəb olan ritorikadan çəkinilməsi” olub.