İsrail rejimi Livanın cənubuna hava hücumları edib

İsrail rejiminin ordusu Livanın cənubuna yeni hücum dalğasının başladığını açıqlayıb.

İsrail rejiminin ordusu bəyanatında iddia edib ki, Hizbullah ötən gecə Əli əl-Tahir bölgəsində yerləşən İsrail qüvvələrinə doğru iki PUA atıb.

Bəyanatda bildirilib ki, hazırda Hizbullahın bu addımına cavab olaraq Livanın cənubuna hava hücumlarına başlanılıb.

“Əl-Mənar” telekanalı da İsrail rejiminin döyüş təyyarələrinin Nəbatiyyə şəhərində yerləşən Ərəb-Salim şəhərinin Xay Mikoni məhəlləsini bombaladığını bildirib.