Avropa çempionatı: Rumıniya Bakıda İspaniyanı məğlub edib

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

Günün ilk matçında Rumıniya İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 hesabı ilə bitib.

Günün ikinci görüşündə Azərbaycan yığması Niderlandla üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.