İsrail Baş naziri Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. O, Suriyanın işğalını "təhlükəsizlik zonası" adlandırıb.
İsrail Baş naziri Binyamin Netanyahu canlı yayımda Türkiyə və Suriya ilə münasibətlərdən danışıb. Netanyahu Türkiyə ilə birbaşa münaqişə axtarmadığını iddia edib. Bununla belə, o, ölkəsinin hərbi imkanlarını daim təkmilləşdirməli olduğunu iddia edib.
"Çünki niyyətlər dəyişir; xüsusən də zəif olduğunuz zaman. Zəif olduğunuz zaman sizə hücum edirlər; güclü olduğunuz zaman sizə hörmət edirlər. Güclülərlə sülh bağlayırlar. Buna görə də gücümüzü daim artırmalıyıq."
İsrail Baş naziri Qərbi Asiyada daim dəyişən güc balansına diqqət çəkərək dedi: "Bir güc zəifləyir, digəri yüksəlir. Amma yüksəlməli olan ən vacib güc bizimdir."
Suriyanı işğal etmələrinin "cihadçılara" qarşı təhlükəsizlik zonası yaratmaq olduğunu iddia edən Netanyahu, "Türkiyənin cənuba doğru gəldiyini görmək istəmirəm" deyib. O, bu mesajı ABŞ vasitəsilə Suriya hökumətinə çatdırdıqlarını bildirib.
"Görünür, onlar mesajımızı anlamayıblar. Mesajı "kinetik" adlandırdığımız şəkildə çatdırmalı idik."
İsrail Suriyanın İdlib şəhərindəki Əbu Zuhur Hərbi Hava Bazasına hücum etmişdi.
Netanyahunun Türkiyə ilə bağlı növbəti bəyanatı!