Knesset jurnalistlərə İsrail Silahlı Qüvvələrinin keçirdiyi hərbi əməliyyatları çəkməyi qadağan etməyə hazırlaşır.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, qanun qüvvəyə minəcəyi halda, jurnalistlər İsrail ordusuna dair görüntüləri çəkə bilməyəcəklər.
Təsdiq olunacağı halda, qanunu pozanlara 10 il həbs cəzası veriləcək.
Qanun layihəsinin müəllifi parlamentdəki “Yisrael Betyeynu” fraksiyasının sədri, deputat Robert İlatovdur.
Müdafiə naziri Aviqdor Libermanın da dəstək verdiyi qanun layihəsində bildirilir ki, İsrail uzun illərdir Silahlı Qüvvələrinə dair yayılmış görüntülərə görə təzyiqlərlə üzləşir.
Fələstin tərəfi rəsmi Təl-Əvivə etiraz edərək, bunun İsrail ordusunun fələstinlilərə qarşı törətdiyi qətliamları gizlətmək cəhdi olduğunu bildirib.
Qeyd edək ki, mayın 14-də ABŞ-ın Qüdsdə səfirlik açması Qəzzada Fələstin və İsrail arasında gərginliyə səbəb olmuşdu. İsrail ordusu Fələstindən Qüdsə yürüş etmək istəyən fələstinlilərin qarşısını silahla almağa cəhd etmişdi. Nəticədə 115 nəfər həlak olmuş, 3 mindən çox insan yaralanmışdı.
İsrail ordusundan sərt qadağa - Jurnalistləri 10 il həbs gözləyir

Oxşar xəbərlər