Türkiyədə 300-ə yaxın hərbçinin həbsinə order çıxarılıb

Türkiyə prokurorluğu 295 hərbçinin həbsinə order çıxarıb. Onlar ABŞ-da yaşayan vaiz Fətullah Gülən şəbəkəsilə əlaqələrdə suçlanırlar.
 
Ankara Güləni 2016-cı ilin uğursuz çevriliş cəhdində ittiham edir, Gülen bu ittihamı danır.
 
Prokurorluğun fevralın 22-də yaydığı bəyanatda deyilir ki, həbsinə order çıxarılanlar içində 3 polkovnik, səkkiz mayor, 10 leytenant var. Şübhəlilərin yarıya qədəri ordu üzvləridir, qalanları donanma və hava qüvvələri daxil digər hərbi qüvvələrdə xidmət edir.
 
Bəyanata görə, şübhəli Gülen əməliyyatçıları arasında taksofon zəngləri üzrə təhqiqat çərçivəsində polis eynivaxtlı həbs əməliyyatlarına başlayıb. İndiyədək neçə şübhəlinin saxlandığı bəlli deyil. 
 
2016-cı ilin çevriliş cəhdində 250 nəfər öldürülüb. Prezident Tayyip Ərdoğanın keçmiş müttəfiqi olan Gülən 1999-cu ildən ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
 
Çevriliş cəhdindən bəri 77 mindən çox adam həbs olunub, mühakiməsini gözləyir. Rəsmilər 150 min dövlət qulluqçusu və hərbçinin işdən çıxarıldığını bildirir.
 
Ərdoğan həmin hadisələrdən istifadə edərək narazıları boğmaqda ittiham olunur.
 
Azadlıq Radiosu