“Lotu Quli” açıqlama verdi: Həbs olunmamışam

Bir sıra kütləvi informasiya vasitələri kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) Monteneqroda saxlanılması barədə məlumat yayıblar.

Hazırda Türkiyədə olan kriminal avtoritet virtualaz.org-a açıqlamasında həbsi barədə məlumatı təkzib edib: "Bu məlumat həqiqəti əks etdirmir. KİV-in mənim barəmdə yaydığı növbəti yalandır”.