"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır

ABŞ-İran müharibəsinin başlamasından sonra Fars körfəzi ölkələri Amerikanın "təhlükəsizlik çətiri"nin artıq etibarlı olmadığı qənaətinə gəliblər.

"Time" jurnalı regional rəsmilərə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, Yaxın Şərqdəki müharibə Körfəz dövlətlərini ABŞ-yə qarşı fikirlərini dəyişməyə məcbur edib. Onlar indi başa düşürlər ki, ərəb ölkələrinin etirazlarına baxmayaraq, Vaşinqton İsraillə birlikdə regional müharibəyə başlamağa hazırdır, lakin nəticələri idarə etməkdə ya bacarmır, ya da istəmir.

Nəşr qeyd edib ki, Körfəz ölkələri uzun müddətdir, ABŞ-nin İranla bağlı ardıcıl strategiyasına etibar etmirlər. Vaşinqtonun müharibədəki məqsədləri həftəlik dəyişir. Hörmüz boğazı bağlansa belə, münaqişədən çıxmağa tələsən Donald Tramp administrasiyası Körfəz ölkələrini xəbərdarlıq, məsləhətləşmə və ya qoruma olmadan müharibəyə sürükləndiklərini hiss etdirib.

ABŞ-ın şübhələri arasında əksər Körfəz dövlətləri İranla qarşıdurma əvəzinə, təcrid və gərginliyin azaldılması strategiyasına qayıdıblar. Məsələn, Qətər və Oman Vaşinqtonu Tehranla memorandum imzalamağa sövq edib, Səudiyyə Ərəbistanı Pakistanın vasitəçilik səylərini dəstəkləyib, BƏƏ, Küveyt və Bəhreyn də sülh təşəbbüslərinə qoşulub.

Məqalədə qeyd olunur ki, Amerikanın dominantlığının azaldığı bir bölgədə necə hərəkət etmək barədə fikir birliyi yoxdur, lakin ərəb ölkələri yeni təhlükəsizlik arxitekturasının qurulmasını gözləyirlər.