Robert Köçəryanı vaxtilə məhkəmə sisteminə yerləşdirdiyi adamlar qurtarıb

Köhnə rejim Paşinyana hələ də ölkədə güclü olduğunu sübuta yetirmək istəyib

Ermənistanda Robert Köçəryanın həbsdən azad edilməsi ətrafında gedən söz-söhbət səngimir. Erməni mətbuatı bu hadisəni az qala məhkəmə hakimiyyətinin Paşinyan iqtidarına qarşı qiyamı kimi qələmə verir.

Xəbər verildiyi kimi, Robert Köçəryanın həbsdən azad edilməsi ilə bağlı qərar qəbul edən hakim Aleksandr Azaryanın vaxtilə keçmiş prezidentin ofisində hüquqşünas vəzifəsində çalışdığı məlum olub. Onun dissertasiya oğurluğu ilə məşğul olması da üzə çıxıb.

Ermənistan KİV-i isə Qarabağ canisi haqqında həbs-qətimkan tədbirinin hansı yolla dəyişdirildiyini qurdalamaqda davam edir. Mətbuatın rəyindən belə qənaət hasil olur ki, keçmiş rejim hələ də hüquq-mühafizə orqanları sistemində əsas söz sahibi olaraq qalmaqda davam edir.

Məlum olub ki, Robert Köçəryan azad olunmazdan bir neçə gün qabaq Apellyasiya Məhkəməsinin sədri Vazgen Rştuninin evində keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyan, “1 mart” hadisələri üzrə istintaq qrupunun keçmiş rəhbəri Vahan Arutunyan və Rştuninin özünün iştirakı ilə toplantı baş tutur.

Картинки по запросу вазген рштуни

“Dərin hüquq şurası” Köçəryanla bağlı işdə toxunulmazlıq məsələsinin hansı yolla tətbiq olunacağını müzakirə edib. Burada toxunulmazlıq probleminin Köçəryana aid olan hissədə aşılmadığı təqdirdə bunun əvvəl-axır onların əsl şefinə, yəni Serj Sərkisyana da problem yaradacağı qət olunub. Bu səbəbdən onlar Köçəryanı toxunulmazlıq müddəasıyla azad etməklə, əslində Serj Sərkisyanı qurtarmış olublar.

Rştuni evində belə bir iclasın baş tutduğunu inkar edir.

Lakin mətbuat işin prokuror qanadını da araşdırmağa müvəffəq olub.

Erməni qəzetləri burada da Paşinyan iqtidarına qarşı sui-qəsd prosesindən şübhələnirlər.

Çünki Apellyasiya məhkəməsi qərar verməzdən qabaq baş prokuror Artur Davtyan qəfildən məzuniyyətə gedib. Davtyanın bununla yeni hakimiyyət tərəfindən sorğualanmaqdan sığortalanmaq niyyəti daşıdığı xəbər edilir

Картинки по запросу artur davtyan

Yəni məzuniyyət məsələsi Davtyan üçün bir növ alibi rolunu oynayıb. Lakin baş prokurorun bütün bu olanların mərkəzində durduğu barədə yaranan qənaət olduqca qüvvətlidir.

Çünki keçmiş iqtidara yaxın sayılan Ali Məhkəmə şurasının sədri Qagik Arutunyanın oğlu Artak Arutunyanın baş prokurorluqda vəzifə (Məhkəməyə qədər cinayət işinin qanuniliyinə nəzarət idarəsinin rəisi-red.) tutduğu heç kimə sirr deyil.

Картинки по запросу председателя ВСС Гагика Арутюнян

Məhz Artak Arutunyanın və baş prokurorun müavini Ayk Aslanyanın sayəsində həm Köçəryan, həm də onun təhlükəsizlik xidmətinin rəisi olmuş və qeyri-qanuni varlanmada ittiham edilən Vaçaqan Kazaryanla bağlı işlərdə qəsdən səriştəsiz prokurorların təyin edildiyi bildirilir.

Deyilənə görə, bütün bu proses barədə Məhkəmə departamentinin rəhbəri Karen Poladyan da məlumtlandırılıb. Qagik Arutunyan isə oğlu vasitəsilə bütün bunları koordinasiya edib.

Musavat.com