Türkiyədə 74 hərbçi ömürlük həbsə məhkum edildi

Türkiyədə məhkəmə qərarı ilə 74 hərbçi ömürlük həbsə məhkum edilib. 

Anadolu agentliyinə istinadən xəbər verilir ki, həmin şəxslər 2016-cı ildə dövlət çevrilişi cəhdində ittiham edilir. 

Konkret olaraq onlara ölkənin konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi cəhdi və məqsədli qətllərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.