İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib

İsrail Ordusu Qəzzanın cənubundakı Xan Yunis şəhərindən geri çəkilib.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Bildirilib ki, Xan Yunisdə aylardır davam edən döyüşlərdən sonra İsrailin 98-ci diviziyası “tapşırığı yerinə yetirib” və “toparlanmaq və gələcək əməliyyatlara hazırlaşmaq” məqsədilə Qəzza zolağını tərk edib.

İsrailin geri çəkilməsi Rəfaha hücum planı ilə bağlı suallar yaradıb. Bununla belə İMQ-nin Qəzza zolağının digər ərazilərində nəzərəçarpan sayda qüvvələrini saxladığı qeyd olunub.

 

APA