İsrailə beynəlxalq təzyiq artır - Makrondan atəşkəs çağırışı

Qəzzadakı ən böyük xəstəxana olan Şifa xəstəxanasında sığınan minlərlə fələstinli cümə günü İsrailin xəstəxanın həyəti və doğum şöbəsinə hava hücumundan sonra kompleksi tərk etməyə başlayıb.
Həmasın idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl-Qidra deyib ki, orada on minlərlə insan sığınmışdı.
Reuters agentliyi yerli mənbələrə istinadən yazır ki, xəstəxana kompleksində baş verən hadisələr nəticəsində itkilər var.

Fransa prezidenti İmmanuel Makron BBC-ye verdiyi müsahibədə İsraildən Qəzza zolağını bombalamağı dayanadırmsını istəyib:

“Düşünürəm ki, atəşkəs yeganə həll yoludur. Çünki “Biz günahsız insanları öldürməklə terrora qarşı mübarizə aparmaq istəyirik” fikrini izah etmək mümkün deyil." - o deyib.