İŞİD-in yeni liderinin adı açıqlandı

İŞİD terror təşkilatına yeni lider təyin edilib.
 
Qaynarinfo xəbər verir ki, ötən gün İŞİD lideri Əbubəkr əl-Bağdadinin öldürülməsi ilə bağlı xəbərlərdən sonra onun dini işlər üzrə köməkçisi Hacı Abdulla əl-Afari ləqəbli terrorçunun İŞİD-in yeni rəhbəri olacağı bildirilib. 
 
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Bağdadinin Suriyanın İdlib şəhərində zərərsizləşdirildiyini açıqlamışdı.