İŞİD Suriyada 130 ailəni girov götürdü

İŞİD terrorçuları Suriyada 130 ailəni girov götürüblər.

Gazeta.ru-ya istinadən xəbər verilir ki, bu barədə Suriyada mübarizə aparan tərəflərin uzlaşması mərkəzinin rusiyalı rəhbəri, general-leytenant Vladimir Savçenko məlumat yayıb.

Onun sözlərinə görə, terrorçular Əl-Bəhrə şəhərində qaçqınlar düşərgəsinə hücum edərək 130 ailəni girov götürüb və Hacin şəhərinə aparıblar.

Ailələrdən terror məqsədlərinin həyata keçirilməsi üçün istifadə ediləcəyi ehtimalı irəli sürülür.