Məhkəmə etiraz aksiyası keçirən cəbhəçiləri cəzalandırdı

Məhkəməsi dünən keçirdikləri etiraz aksiyası zamanı saxlanılan AXCP  üzvləri ilə bağlı qərar verib. Qərara əsasən, Nicat Abdullazadə 200 manat cərimə edilərək azad olunub, Ramin Əhmədova 15 sutka, Bəşir Tanrıverdiyevə 10 sutka inzibati həbs cəzası verilib.

Xatırladaq ki, dünən AXCP üzvləri Nicat Abdullazadə, Bəşir Tarverdiyev, Ramin Əhmədov və Ruslan Qurbanlı etiraz aksiyası keçiriblər. Bu aksiya ilə onlar hakimiyyətin şərləyərək həbs etdiyi cəbhəçilərə ailə üzvləri ilə görüşə imkan verməməsinə etiraz ediblər.
Etiraz edən cəbhəçilərdən biri dünən azad edilib.

azadliq.info