Tacikistanda İŞİD-çilər həbsxanada qiyama qalxıb: 32 ölü var

İŞİD terror təşkilatına üzv olmaq ittihamı ilə həbs edilən bir qrup məhbus Tacikistandakı həbsxanada qiyama qalxıblar. Bu barədə Tacikistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bir qrup məhkum, təxminən 30 nəfər üç həbsxana gözətçisini girov götürüb və onları öldürüb. Ardınca azad edilmələrini tələb edən İŞİD-çilərlə qarşıdurma yaşanıb.

Ölkənin ədliyyə nazirinin müavini, Cəzaların İcrası Baş İdarəsinin rəhbəri Mansurjon Umarov bildirib ki, qiyamda iştirak edən 29 məhbus öldürülüb.