Tümendə İŞİD yaraqlıları məhv edildi

Tümendə İŞİD terror qruplaşmasının iki nəfər yaraqlısı məhv edilib.

“İnterfaks”a istinadən xəbər verilir ki, terrorçular polisin təslim olmaq əmrinə tabe olmayıblar və atışma başlayıb. İŞİD-çilərin insanların kütləvi toplaşdığı ərazilərdə terror aktı törətməyə hazırlaşdıqları bildirilib.

Bu məqsədlə onlar evlərdən birində gizlənib. Polis əməliyyata başlamazdan əvvəl evin yerləşdiyi küçələrin işıqlarını söndürüb, sakinləri isə ərazidən təxliyyə edib.