Öldüyü deyilən İŞİD liderinin səs yazısı ortaya çıxdı

Rəsmi qurumlar tərəfindən ağır yaralandığı və daha sonra öldüyü bildirilən İŞİD terror təşkilatının lideri Əbu Bəkir Əl-Bağdadinin yeni səs yazısı ortaya çıxıb.

Türkiyə mətbuatına istinadla xəbər verilir ki, səsyazmada Bağdadi ABŞ və Türkiyə arasındakı gərginlikdən və rahib Endryu Bransondan danışıb. Müxtəlif mövzularda açıqlamalar verən İŞİD lideri sonda müsəlmanları cihada çağırıb.

Bildirilir ki, sonuncu dəfə 2017-ci ildə səs yazısı yayılan Bağdadinin ABŞ-Türkiyə münasibətlərindən danışması səsyazmasnın yeni olduğunu göstərir. Rəsmilər isə bu səsin ona aid olub-olmadığını araşdırır.