Bağdadinin başına 25 milyon dollar mükafat qoyuldu - Foto

İraq ordusu İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin yeri barədə məlumat verənə 25 milyon dollar mükafat təyin edib. Bu barədə "Press Tv" məlumat yayıb.

Hərbi təyyarədən atılan bukletlərdə terrorbaşının yeri barədə məlumat verənləri külli miqdarda pul mükafatının gözlədiyi öz əksini tapıb.

Qeyd eək ki, bukletlər Fərat çayı boyunca yerləşən şəhərlər, Suriya, İordanya və Səudiyyə Ərəbistanla sərhəd ərazilərə atılıb.