Səhiyyə sistemi "diz çöküb"
İsrail ordusunun rəsmiləri iddia edir ki, HƏMAS silahlarını xəstəxanaların altında tunellərdə gizlədir və Qəzzadakı ən böyük xəstəxası olan Əl-Şifanın altında komandanlıq mərkəzi qurub ki, bu da xəstəxanaları legitim hərbi hədəf edir. HƏMAS və xəstəxana rəsmiləri bunu inkar edir.
İsrail Müdafiə Qüvvələri cümə günü Əl-Şifaya atəş açdığını inkar edib və HƏMAS-ı İsrail əsgərlərinə raket atmaqda və bunun əvəzinə xəstəxananı vurmaqda günahlandırıb.
Ümumdünya Səhuyyə Təşkilatının başçısı şura üzvlərinə deyib ki, Qəzzanın səhiyyə sistemi “diz çöküb.” Belə ki, 36 xəstəxanadan 18-i və ilkin səhiyyə ocaqlarının üçdə ikisi ümumiyyətlə işləmir.
“Bu yerdəki vəziyyəti təsvir etmək mümkün deyil,” Dr. Tedros Adhanim Ghebreyesus deyib. “Xəstəxana dəhlizləri yaralılarla, xəstələrlə, ölənlərlə doludur; meyitxanalar dolub; əməliyyatlar anesteziya olmadan olur; xəstəxanalara on minlərlə məcburi köçkün sığınıb; ailələr yemək və su üçün ümidsiz olan, izdihamlı məktəblərə sıxışıblar.”
O deyib ki, Qəzzada orta hesabla hər 10 dəqiqədə bir uşaq öldürülür və atəşkəsə çağırış edib.
Qəzzada 4500-ə yaxın uşaq öldürülüb
HƏMAS-ın nəzarətində olan Qəzzada səhiyyə nazirliyi cümə günü bildirib ki, İsrailin oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində 4500-ü uşaq olmaqla 11 mindən çox fələstinli həlak olub.
BMT-nin uşaq agentliyi UNICEF cümə günü bildirib ki, Əl-Rantisi və Əl-Nasr uşaq xəstəxanalarında tibbi xidmət demək olar ki, dayanıb və oreanimasiya və neonatal bölmələrini yalnız kiçik bir generator enerji ilə təmin edir.
“Bu gün Yer üzində bir cəhənnəm varsa, onun adı şimali Qəzzadır,” BMT-nin humanitar idarəsinin sözçüsü Yens Larke deyib.
Amerikanın Səsi
Fələstin Qızıl Aypara Cəmiyyəti 24 saat ərzində Qəzzada dörd xəstəxanaya hücum edildiyini bildirib
Fələstin Qırmızı Aypara Cəmiyyətinin başçısı cümə günü bildirib ki, son 24 saatda Qəzza zolağının şimal hissəsində dörd xəstəxana vurulub. O, İsraili fələstinli mülki vətəndaşları Qəzzadan çıxarmaq cəhdi çərçivəsində onları qəsdən hədəfə almaqda ittiham edib. “Qəzzada səhiyyə sektoru hücum altındadır,” Fələstin Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Mərvan Cilani BMT Təhlükəsizlik Şurasının iclasına uzaqdan keçirilən brifinqdə bildirib.
Cilani deyib ki, Əl-Şida, Əl-Əvda, Əl-Qüds və İndoneziya Xəstəxanası atəşə tutulub. O bildirib ki, Qəzza şəhərində Əl-Qüds xəstəxanasında bir nəfər ölüb, 20 nəfər yaralanıb. Xəstəxanalar xəstələrə qulluq etməklə yanaşı, təhlükəsizlik axtaran on minlərlə qəzzalı üçün sığınacaqlara çevrilib. “Mən heyət və könüllülər, təcili tibbi yardım qrupları və Qəzza xəstəxanalarında mühasirəyə alınan həkim və tibb bacıları adından şura üzvlərini daha çox ölüm və əzabın qarşısını almaq üçün əlinizdən gələni etməyə çağırıram,” Cilani deyib.
Cilani xəbərdarlıq edib ki, Əl-Qüds xəstəxanasında əsas generator iki gün əvvəl yanacaq çatışmazlığı səbəbindən sönüb. Cilani deyib ki, orada 400 xəstə və yaralı pasientə əlavə olaraq 14 min didərgin düşən insan qalır. “Hazırda reanimasiyada olan bütün xəstələri və inkubatorlarda olan uşaqları itirmək kimi çox ciddi risk var,” Qırmızı Ayparanın başçısı bildirib.
Fransa Prezidenti Emmanuel Makron cümə günü BBC-yə müsahibəsində atəşkəsə çağırıb. O deyib ki, o, İsrailin özünü müdafiə etmək hüququnu tanıyır, amma o həmçinin bildirib ki, mülki vətəndaşlar bombalanır. “Körpələr, qadınlar, qocalar bombalanır və öldürülür. Bunun üçün heç bir səbəb və legitimlik yoxdur, ona görə də biz İsraili dayanmağa çağırırıq.”