Rusiyada binanın uçması nəticəsində ölənlərin sayı 28-ə çatıb

Dekabrın 31-də səhər saat 6-da Rusiyanın Maqnitorski şəhərində yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
 
Məlumatı SİTA Fövqəladə Hallar Nazirliyinə istinadən yayıb.
 
Xilasedicilər uşaq meyiti tapıblar. Hazırda 13 sakinin axtarışı davam edir. 
 
Bildirilir ki, 5 uşaq olmaqla 22 sakinin taleyi hələ naməlum qalır.
 
Faciə ilə əlaqədar Çelyabinski vilayətində matəm elan edilib.
 
Dekabrın 31-də səhər Maqnitorski şəhərinin Karl Marks küçəsində 1973-cü ildə istifadəyə verilən 9 mərtəbəlinin bir bloku qaz sızması nəticəsində uçub. Hadisə nəticəsində 100 nəfərdən çox adamın yaşadığı 48 mənzil dağılıb.