Təhlükəsizlik təlimində binadan atılan qız öldü

Hindistanda təhlükəsizlik təlimi zamanı universitet binasından aşağı atılan qız ölüb. Bu barədə "Hindustan Times" xəbər verib.

Xəbərə görə, ölkənin cənubunda Tamil Nadu əyalətində Milli Fövqəladə Vəziyyət İdarəetmə orqanı apardığı təlim zamanı təlimçi 19 yaşlı universitet tələbəsi olan qızı yoldaşlarının tutduğu təhlükəsizlik şəbəkəsinə keçməsi üçün itələyib. Polis N Logeshvarinin binadan aşağı düşərkən başının 1-ci mərtəbənin çıxıntısına dəyərək, ağır yaralandığını və çatdırıldığı xəstəxanada həyatını itirdiyini bildirib. Qızı aşağı itələyən təlimçi saxlanılıb. Universitet rəhbərliyi hadisə ilə bağlı araşdırma başladıb.