17 March 2025

Novruz və Ramazan bayramlarında əfv olmayacaq

Fevral ayından müraciətlərə baxmağa başlayan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasi sənədlərin araşdırmasını aprel ayı boyuncada davam etdirəcək. Bu barədə məlumatı Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid bildirib. O, buna görə də sərəncamın may ayında veriləcəyini ehtimal edir.

İllərdir 28 may Respublika Gününə təyin edilən sərəncamın bu dəfə də bayram ərəfəsi imzalanacağı gözlənilir.

Məscidül-Harama ziyarətlərin sayı rekord həddə çatıb

Bildirilib ki, Ramazan ayının ilk 10 günündə Məscidül-Həramı 25 milyondan çox insan ziyarət edib.

Məscidül-Haram və Məscidən-Nəbəvinin Ümumi Baxım İdarəsi bu rəqəmləri açıqlayıb və bu, müqəddəs ayda dini ziyarətçilərin artmasını əks etdirir.

Səudiyyə Ərəbistanı xidmət keyfiyyətinə nəzarət edən ekspert komitələri vasitəsilə Hacc və Ümrənin asan və problemsiz yerinə yetirilməsi üçün uyğun mühit təmin etməyə çalışır.

Trampın məktubu ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü danışdı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib: “Məktubun məzmunu Trampın ictimai çıxışlarından ciddi şəkildə fərqlənmir və oxşar elementləri ehtiva edir. Ona görə də araşdırmalar başa çatdıqdan sonra müvafiq vasitələrlə məktuba cavabımız veriləcək” deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ilin son mətbuat konfransında açıqlama verib. (İranda novruz bayramında il təhvil olur)

 

Trampın məktubunu dərc etməyi planlaşdırmır

İsrailin soyqırım mənzərəsi; Qəzzada 36.569 uşaq yetim qaldı

2023-cü il oktyabrın 7-dən sonra soyqırım prosesində Qəzzada 36.569 uşaq valideynlərinin İsrail tərəfindən öldürülməsi nəticəsində yetim qaldı.

Uşaqlığın dinc və əmin-amanlıq içində keçirməli olan Qəzzalı yetimlər, sığınacaqdan yeməyə qədər ən elementar ehtiyaclarının belə qarşılana bilmədiyi çətin bir vəziyyətdə həyatda qalmaq üçün mübarizə aparır.

ABŞ İraqı İranla əlaqələri kəsməyə məcbur edir

“Əl-Əxbar” xəbər verir ki, ABŞ İraqa siyasi, kəşfiyyat və iqtisadi təzyiqləri dərinləşdirməyə, həmçinin İrandan asılılığı azaltmaq və ya onunla əlaqələr kəsmək ümün İraqa təsir göstərməyə çalışır.

"Foreign Affairs" jurnalında dərc olunan hesabatda deyilir ki, Vaşinqton İraqda "İranın təsirinin" səviyyəsini həmişəlik azaltmaq üçün "cari andan" istifadə etməlidir.

“İnter” “Atalanta”nı məğlub edərək, liderliyə yüksəlib

İtaliya A Seriyasında XXIX tura yekun vurulub.

Günün son matçında "İnter" səfərdə "Atalanta" ilə qarşılaşıb.

Gərgin keçən matçda sevinən tərəf qonaqlar olub. Görüş "İnter"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 64-ə çatdıran Milano təmsilçisi A Seriyasında liderliyə yüksəlib.

397 min 852 min manat dövlət vəsaitini mənimsəyən şəxs şərti cəza aldı

2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 3 il sınaq müddəti olmaqla 8 il müddətinə şərti azadlıqdan mərhum etmə cəzasına məhkum edilib.

Baş Prokurorluq mühacirətdəki bloqerləri və keçmiş 'Akkord' rəhbərini istintaqa çağırıb

Azərbaycan Baş Prokurorluğu bu ölkədən xaricə mühacirət etmiş bır sıra şəxsləri İstintaq İdarəsinə çağırıb. Aralarında bəzi bloqer, biznesmen və internet kanallarının rəhbərinin də olduğu bu şəxslər müxtəlif maddələrlə ittiham edilirlər.

Onlardan biri, bir vaxtlar Azərbaycanda bir çox tenderlərin qalibi olmuş "Akkord" şirkətinin rəhbəri İlqar Hacıyevdir. Hazırda mühacirətdə olan Haciyev son illər Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.