İsrailin soyqırım mənzərəsi; Qəzzada 36.569 uşaq yetim qaldı

2023-cü il oktyabrın 7-dən sonra soyqırım prosesində Qəzzada 36.569 uşaq valideynlərinin İsrail tərəfindən öldürülməsi nəticəsində yetim qaldı.

Uşaqlığın dinc və əmin-amanlıq içində keçirməli olan Qəzzalı yetimlər, sığınacaqdan yeməyə qədər ən elementar ehtiyaclarının belə qarşılana bilmədiyi çətin bir vəziyyətdə həyatda qalmaq üçün mübarizə aparır.

İsrailin Qəzza zolağına hücumları nəticəsində ailələrini itirən minlərlə yetim uşaq regionun indiyə qədər gördüyü ən şiddətli münaqişələrdən birinin qeyri-müəyyən gələcəyi ilə üz-üzədir. Çadır şəhərlərində, xarabalıqlar arasında böyüyən yetimlər hər gün müharibənin dağıdıcı təsirləri ilə daha çox üzləşirlər. Ramazan ayının 15-ci günü olan Dünya Yetimlər Günündə Qəzzada yetimlərin yaşadıqları faciəvi şərait bir daha gündəmə gəlib.

 

Qəzzalı yetimlər həyata tutunmaq üçün mübarizə aparır

İsrailin hücumları nəticəsində yetim qalan uşaqların sayı günü-gündən artdığı üçün bu vəziyyət təkcə fərdi faciə deyil, həm də Qəzzanın gələcəyini təhdid edən sosial fəlakətdir. Rəsmi məlumatlara görə, İsrailin hücumları nəticəsində Qəzzada ən azı 36 569 uşaq yetim qalıb. Bu rəqəm müharibənin bölgə əhalisinə sarsıdıcı təsirini və nəsillər boyu davam edəcək travmanı ortaya qoyur. Qəzzada səhiyyə və təhsil sistemlərinin çökməsi, infrastrukturun geniş şəkildə dağıdılması və humanitar yardımın qarşısının alınması kimsəsiz uşaqların həyata bağlanmasını daha da çətinləşdirir.

 

“Saatlarla dağıntılar altında qaldıq”

Tala adlı kiçik fələstinli qız da İsrailin hücumunda atasını və iki bacısını itirib. Hücum zamanı hiss etdiyi qorxunu unuda bilmədiyini izah edən Tala, "Birdən bombalar yağmağa başlayanda babamın evində idik. Saatlarla dağıntılar altında qaldıq. Yaralı olaraq sağ qaldım, amma atam və iki qardaşım şəhid oldu" deyir.  Talanın anası Ummu Muhənnədin yaşadığı ağrı və çiyinlərində daşıdığı məsuliyyət Qəzzada olan digər analardan heç bir fərqi yoxdur. Əri və iki uşağını itirən Ummu Muhənnəd, "Uşaqlarımın ehtiyaclarını ödəmək üçün böyük bir məsuliyyət daşıyıram. Onlara sevgi göstərməyə və əsas ehtiyaclarını təmin etmək üçün əlimdən gələni edirəm, amma bu, həqiqətən çətindir" deyır.

7 oktyabr 2023-cü ildən indiyədək 61 mindən çox fələstinli şəhid olub.

İsrailin blokadası və sərhəd qapılarının bağlanması səbəbindən ərzaq yardımlarının kəsildiyi Qəzzada humanitar böhran gündən-günə dərinləşdikcə, insanlar hətta adi ehtiyaclarını belə qarşılamaqda böyük çətinliklər yaşayır. Yanvarın 19-da İsraillə HƏMAS arasında əldə olunan atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə hücumlar təşkil edərək tez-tez onu pozur. İsrailin 7 oktyabr 2023-cü il tarixindən atəşkəsin elan edildiyi 19 yanvar tarixinə qədər Qəzzaya hücumları nəticəsində 14 mini dağıntılar altında itən 61 mindən çox fələstinli şəhid olub, 2 milyon insan isə didərgin düşüb. Köçkün fələstinlilərin sığındığı xəstəxanalar, evlər və məktəbləri də hədəf alan hücumlarda Qəzzada infrastrukturun 88 faizi məhv edilib.