Suriya-Livan sərhədində 3 əsgərinin Hizbullah üzvləri tərəfindən qaçırıldığını iddia edən HTŞ rəhbərliyi Livanın şərqinə doğru artilleriya atəşi ilə hücuma keçib.
Suriyadakı HTŞ idarəsinin Müdafiə Nazirliyindən verilən açıqlamada "Hizbullah üzvlərinin Suriya ordusundan 3 əsgəri pusquya salaraq Livana apararaq edam etdikləri" iddia edilib.
Hizbullah isə yazılı açıqlama verərək, bu gün Suriya-Livan sərhədində baş verən hadisələrdə iştirakını qəti şəkildə rədd etdiyini açıqlayıb. Hizbullah həmçinin Suriya daxilində baş verən proseslərdə heç bir rolu olmadığına dair uzunmüddətli mövqeyini təkrarladığını bildirib.
Suriya-Livan sərhədindəki Qusayr kəndindən Livanın Hermel bölgəsinin şimal hissəsindəki Qəsr şəhərinə doğru dəfələrlə artilleriya atəşi açılıb. Livanda yerləşən Əl Mayadinin məlumatına görə, hücum nəticəsində 1 uşaq ölüb, 4 nəfər yaralanıb.
Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərə görə, raketlər Qəsr qəsəbəsinə düşüb və Homs bölgəsindən atılıb.
NNA, gün ərzində Qəsr qəsəbəsində üç naməlum şəxsin cəsədinin tapıldığını və daha sonra cəsədlərin Livan ordusu tərəfindən Suriya hakimiyyətinə təhvil verildiyini bildirib.
Dekabrda hakimiyyəti ələ keçirdikdən sonra Suriyanın HTŞ lideri Əhməd Şəra İsrailin Suriyaya genişmiqyaslı hücumlarını davam etdirdiyi bir dövrdə Sky News-a müsahibə verib, heç vaxt İsraili “təhdid faktoru” kimi qeyd etməyib və əsl təhlükənin Əsəd, Hizbullah və İran milisləri olduğunu irəli sürüb.
Hizbullah HTS-nin ittihamlarını rədd edib