Sinvar və İsmayıl Haniyədən sonra Həmas necə idarə olunur?
Bir Yəhudi media orqanı Yəhya əs-Sinvar və İsmayıl Həniyənin şəhadətindən sonra Həmas və onun hərbi qanadının necə idarə olunması ilə bağlı xəbər dərc edib.
Ynet xəbər saytı bildirdi ki, hazırda qardaşının hərbi rəhbərlikdə faktiki varisi olan Məhəmməd əl-Sinvarla yanaşı, hərəkatın siyasi işlərini idarə edən beş nəfərlik müvəqqəti komitə var.