25 January 2025

"Səbail" "Kəpəz"i məğlub etdi

Misli Premyer Liqasının XX turunda “Səbail” evdə “Kəpəz”i məğlub edib.

"ASCO Arena"da keçirlən görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Bu qələbədən sonra xallarının sayını 15-ə yüksəldən Bakı komandası turnir cədvəlində 9-cu pilləyə yüksəlib. 14 xala malik “Kəpəz” isə yenidən sonuncu - 10-cu yerə düşüb.

Qəzzada atəşkəsdən sonra ilk cümə namazı qılınıb

Təl-Əviv və HƏMAS arasında atəşkəsin qüvvəyə minməsindən sonra Qəzza zolağında fələstinlilər ilk cümə namazını qılıb.

Yanvarın 19-da İsraillə Həmas arasında əldə olunan atəşkəsdən sonra Qəzzada ilk cümə namazı qılınıb.

Qəzzalılar atəşkəsdən sonra ilk cümə namazını qılmaq üçün məscidlərin olduğu ərazilərə axışıb.

İraqda neft emalı zavodunda yanğın baş verib, yaralananlar var

İraqın cənubundakı "Rumeyla" neft emalı zavodunda yanğın baş verib, azı dörd nəfər xəsarət alıb.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bu barədə “Shafaq News” informasiya portalı məlumat yayıb.

Məlumata görə, yaralananlar müxtəlif travmalar alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Yanğınsöndürmə qrupları hadisə yerində işləyir, lakin alovun qarşısını almaq hələ mümkün olmayıb, yanğın sahəsi genişlənir.

Atəşkəsdən sonra Əqsa məscidində ilk cümə namazı qılınıb

Qəzzada atəşkəsdən sonra Şərqi Qüdsdəki Əqsa məscidində qılınan ilk cümə namazında 50 min müsəlman ibadət edib.

Yanvarın 19-da Qəzza zolağında atəşkəsin qüvvəyə minməsindən sonra Şərqi Qüdsdəki fələstinlilər cümə namazını qılmaq üçün Əqsa məscidinə axışıb.

Səhər saatlarında İsrail nəzarət-buraxılış məntəqələrindən keçən fələstinlilər Əqsa məscidinə doğru istiqamət alıblar.

İmam Museyi Kazimin (ə) şəhadət günü

Rəcəb ayının 25-i yeddinci İmam, Həzrət Museyi Kazimin (ə) şəhadət günüdür.

Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (ə) olub.

İmam Museyi-Kazim (ə) hicri qəməri tarixi ilə 128-ci ildə Səfər ayının 7-də Məkkə ilə Mədinə arasında yerləşən Ó˜bva adlı yerdə İmam Cəfər Sadiqin (ə) ailəsində dünyaya göz açıb. İmamın həyatı iki hissəyə bölünür:

İran Bakıda bir sıra dairələr tərəfindən ünvanına səslənən neqativ fikirlərə etirazını bildirilib

Rəsmi İran Bakıda bir sıra dairələr tərəfindən bəzi neqativ hərəkətlərə qarşı etirazını bildirilib.

Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə İranın Xarici İşlər Nazirliyində nazir köməkçisi və Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktoru Müctəba Dəmirçilu ilə görüşüb və danışıqlar aparıb.

Qaranlıq və nur arasında

İnsan varlıq olaraq müxtəliflik, fərqlilik sistemində yeni, inkişafa nail olmaqla dünyanı gözəlləşdirə bilər. Və Yaradılışdan birinin digərinə nisbətdə özəl keyfiyyətlərə malik olması rəqabət mühitini formalaşdıraraq bir cəmiyyətin inkişafına töhfə verə bilir. Bunun üçün düşüncələrlə bərabər yaradılan geniş imkanlar da potensialın ortaya qoyulmasında müstəsna rola malikdir.