Rəfah sərhəd-keçid məntəqəsinə nəzarət Fələstinə verilib
Qəzza zolağında Misirlə sərhəddə yeganə sərhəd-keçid məntəqəsi olan Rəfahı Fələstin tərəfi idarə edəcək.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” qəzeti anonim mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, qərar İsrailin "Şin Bet", "Mossad" xüsusi xidmət orqanlarının və Misir kəşfiyyatının rəhbərlərinin Qahirədəki görüşündə qəbul edilib.