Livanda Hizbullahın Qərbi Bekaa bölgəsinin başçısına sui-qəsd edilib

Hizbullahın Livandakı Qərbi Bekaa regional rəhbəri Məhəmməd Hammadi Livanın şərqindəki Maçqara şəhərindəki evinin qarşısında silahlı şəxslər tərəfindən öldürülüb.

Hadisənin hansı səbəblərdən və kim tərəfindən baş verməsi bəlli deyil. Cinayəti törədən şübhəlilərin sui-qəsddən sonra qaçdığı açıqlanıb.

Məhəmməd Həmmadi livanlı ruhanidir və uzun zamandır məlum vəzifəni daşıyır. Yaşadığı ərazidə heç zaman problem yaşamayan Hizbullah rəsmisinin öldürülməsi araşdırılır.