07 June 2023

İŞİD Əfqanıstanın Bədəxşan şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Az.rasthaber.com xəbər verir ki, dünən səhər saatlarında Bədəxşan inzibati əyalətinin Feyzabad şəhərində törədilən terror aktı nəticəsində müvəqqəti qubernator Nisar Əhməd Əhmədi və onun silahdaşlarından biri həlak olub.

Əfqanıstan hökumətinin rəsmiləri, Taliban hərəkatının İŞİD terrorçularına qarşı ciddi mübarizə apardıqları barədə dəfələrlə açıqlamalarına baxmayaraq, bu qrup Əfqanıstanda terror aktları həyata keçirməkdə davam edir.

Papa xəstəxanaya yerləşdirildi

Son zamanlar səhhətindəki problemlərlə gündəmə gələn Papa Fransisk xəstəxanaya yerləşdirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Vatikandan verilən açıqlamada Katolik Kilsəsinin ruhani lideri Papa Fransiskin bu gün əməliyyat olunacağı bildirilib.

Qeyd olunub ki, 86 yaşlı Papa Fransisk bir neçə gün xəstəxanada müalicə alacaq.

Müxalifətçi məcburi müalicə üçün ruhi dispanserə göndərilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Azərbaycan Demokratiya və Rifah Partiyasının üzvü Ziyafət Abbasovanın iyunun 6-da oğurlanaraq 1 saylı Maştağa ruhi əsəb dispanserinə yerləşdirildiyi bildirilir. Bu barədə Turan-a partiyanın sədri Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, yaxınları bu barədə 1 gün sonra xəbər tutub.  

Hacı Tale Bağırzadə karserdən çıxıb

İyunun 2-də karserə salınan MBH sədri Tale Bağırzadə bu gün karser müddətini bitirib. Ailəsi ilə əlaqə saxlayan ilahiyyatçının səhhəti yaxşıdır. Məlumat üçün bidirək ki, Tale Bağırzadə 12 saylı cəza çəkdiyi müəsisədə məhbuslarla bağlı sayım müddətində baş verən insidentə etirazı üçün 5 günlük karserə salınmışdı. O, günəş altında saatlarla sürən sayımın məhbuslara işgəncə olduğunu bildirərək bunu ya bir neçə istiqamətdən sürətlə həyata keçirməyi, ya da qapalı, üstübağlı bir yerdə sayımı həyata keçirməyi tələb etmişdi.

İran və Səudiyyə Ərəbistanı nüvə enerjisi sahəsində əməkdaşlıq edəcəkmi?

    İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan Nournews İran və Səudiyyə Ərəbistanının nüvə enerjisi sahəsində əməkdaşlıq edə biləcəyini yazıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” sionist rejimin Səudiyyə Ərəbistanının nüvə tərəqqisinə qarşı olduğuna işarə edərək, nüvə texnologiyasının beynəlxalq hüquqa uyğun olaraq iki ölkə arasında paylaşılmasının ikitərəfli əlaqələrin əsas məqamlarından biri ola biləcəyini vurğulayıb.

2023-cü il Həcc ziyarəti başlayır

2023-cü il Həcc ziyarətində 2,6 milyon zəvvar iştirak edəcək. Bu barədə jurnalistlərə Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscid İşləri üzrə Rəyasət Heyətinin sədri Əbdülrəhman əl-Sudais məlumat verib.

 

“Saudi Press” informasiya agentliyinin yazdığına əsasən, Səudiyyə Ərəbistanı qarşıdan gələn Həcc mövsümü ərəfəsində ən böyük əməliyyat planını açıqlayıb.

Braziliya millisi tarixində ilk dəfə qara forma ilə oynayacaq

Braziliya millisi tarixində ilk dəfə qara formada çıxış edəcək.

Operativtv.com Reporta istinadən xəbər verir ki, rəng dəyişikliyi Braziliya Futbol Federasiyasının Qvineya ilə yoldaşlıq matçı üçün hazırladığı irqçilik əleyhinə aksiyanın bir hissəsidir.

Oyunçuların nömrələrində ənənəvi sarı rəngdən istifadə olunacaq. Futbolçular yalnız qarşılaşmanın ilk hissəsində qara formaları geyinəcəklər.

AŞPA həmməruzəçiləri Azərbaycanın müstəqil media nümayəndələri ilə görüşüblər

Operativtv.com Turan-a istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersen (Norveç) iyunun 6-da Azərbaycanın  müstəqil media qurumlarının nümayəndələri ilə görüşüblər.

Onun Turan agentliyinin də əməkdaşının qatıldığı görüşdə medianın vəziyyəti müzakirə olunub.

İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başladı

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İranın Səudiyyə Ərəbistanındakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətə başlayıb. Ər-Riyad və Tehran martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

İranın Ər-Riyaddakı səfirliyi yenidən fəaliyyətə başlayıb.

İran dövlət televiziyasının xəbərinə görə, açılış mərasimində xarici işlər nazirinin müavini Əli Rıza Bigdeli də iştirak edib.

İmam Hüseyn (ə) ziyarətgahı yüzlərlə uşaq üçün yay kursu təşkil edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Hüseyn (ə) ziyarətgahına bağlı “Əl Sadiq Əl Əmin” Mərkəzi yüzlərlə uşaq üçün yay kursu təşkil edib.

Məlumata görə, Neynəva Təlafər bölgəsində bu mərkəzə bağlı 15 mərkəzdə 1500-ə yaxın qız və oğlan üçün yay kursları təşkil olunub.

Kursda istər Qurani Kərim, istərsə də Əhlibeyt təlimləri tədris olunur.

AŞPA-nın həmməruzəçiləri Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə görüşüb

Operativtv.com Amerikanın Səsinə istinadən xəbər verir ki, iyunun 6-da Azərbaycanın bir qrup hüquq müdafiəçisi Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycanın monitorinqi üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Böyük Britaniya) və Liz Kristoffersenlə (Norveç) görüşüb.

Asabəli Mustafayev Amerikanın Səsinə bildirib ki, görüşdə insan hüquqları ilə bağlı durum geniş spektrdə müzakirə edilib.