Hacı Tale Bağırzadə karserdən çıxıb

İyunun 2-də karserə salınan MBH sədri Tale Bağırzadə bu gün karser müddətini bitirib. Ailəsi ilə əlaqə saxlayan ilahiyyatçının səhhəti yaxşıdır. Məlumat üçün bidirək ki, Tale Bağırzadə 12 saylı cəza çəkdiyi müəsisədə məhbuslarla bağlı sayım müddətində baş verən insidentə etirazı üçün 5 günlük karserə salınmışdı. O, günəş altında saatlarla sürən sayımın məhbuslara işgəncə olduğunu bildirərək bunu ya bir neçə istiqamətdən sürətlə həyata keçirməyi, ya da qapalı, üstübağlı bir yerdə sayımı həyata keçirməyi tələb etmişdi. Bu etirazı onun 5 günlük karser cəzası aıması ilə sonuclanmışdı.