Papa xəstəxanaya yerləşdirildi

Son zamanlar səhhətindəki problemlərlə gündəmə gələn Papa Fransisk xəstəxanaya yerləşdirilib. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Vatikandan verilən açıqlamada Katolik Kilsəsinin ruhani lideri Papa Fransiskin bu gün əməliyyat olunacağı bildirilib.

Qeyd olunub ki, 86 yaşlı Papa Fransisk bir neçə gün xəstəxanada müalicə alacaq.

Papa yaşadığı ağrı səbəbiylə 2021-ci ildə yoğun bağırsaq əməliyyatı keçirib və ağrılarının son vaxtlar yenidən üzə çıxdığını bildirib. 86 yaşlı ruhani lider narkozun yaratdığı problemlərə görə əməliyyatdan uzaq olduğunu açıqlayıb və səhhətində yaranan problemlərə görə işi tərk edəcəyinin siqnalını verib.