İran və Səudiyyə Ərəbistanı nüvə enerjisi sahəsində əməkdaşlıq edəcəkmi?

    İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan Nournews İran və Səudiyyə Ərəbistanının nüvə enerjisi sahəsində əməkdaşlıq edə biləcəyini yazıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nournews” sionist rejimin Səudiyyə Ərəbistanının nüvə tərəqqisinə qarşı olduğuna işarə edərək, nüvə texnologiyasının beynəlxalq hüquqa uyğun olaraq iki ölkə arasında paylaşılmasının ikitərəfli əlaqələrin əsas məqamlarından biri ola biləcəyini vurğulayıb.

Nournews-da dərc olunan yeni təhlildə aşağıdakı ifadələr yer alıb: “Sionist İsrailin energetika naziri Yuval Steinitz bu gün (6 iyun) bildirib ki, Təl-Əviv Səudiyyə Ərəbistanının nüvə proqramının inkişafına qarşıdır. “Vinenet” telekanalına danışan Yuval Steinitz, Səudiyyə Ərəbistanının mümkün mülki nüvə proqramı ilə bağlı suala, “İsrail bunu təşviq etmir və Təl-Əvivin belə məsələləri qəbul edəcəyini düşünmürəm” deyib. Amerikanın “Nyu York Tayms” qəzeti Səudiyyə Ərəbistanının nüvə proqramının Ər-Riyad rəhbərliyinin İsraillə normallaşma sazişi imzalaması üçün şərtlərdən biri olduğunu iddia edib, lakin Səudiyyə və ya ABŞ rəsmiləri bu məsələni rəsmən təsdiqləməyib. Lakin sionist “Haaretz” qəzetinin İsrail mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, Təl-Əviv Ər-Riyadın normallaşma şərtini rədd edib.

Bununla bağlı bir neçə mühüm məsələni qeyd etmək lazımdır;

Birinci; İsrail müsəlman ölkələrinin hər cür inkişafının və hətta nüvə texnologiyasının dinc məqsədlə istifadəsinin əleyhinədir ki, bu da Səudiyyə Ərəbistanı kimi bir ölkənin haqqıdır.

İkinci; İsrailin bu cür münasibəti göstərir ki, Təl-Əviv rejimi ərəb və islam ölkələri ilə əlaqələr qurmağa çalışarkən ortaq maraqlar çərçivəsində əməkdaşlıq etməkdənsə, birtərəfli yanaşmaya üstünlük verir.

Üçüncü; Sionist İsrailin ərəb və islam ölkələri ilə normallaşma siyasətini davam etdirməkdə əsas məqsədi Qüdsün azad edilməsinə və ərəb-islam ortaq hədəfində olan Fələstin məsələsinə kölgə salmaqdır.

Dördüncü; Bu rejim və ona dəstək verən Qərb ölkələri İslam ölkələri arasında qarşıdurmalar yaratmaqla və xüsusilə də İranofobiya siyasətinə riayət etməklə İslam ölkələrinin birlik və həmrəyliyini pozmağa, Fələstin davasını müdafiə edən İslam dünyasının gücünü hədəf almağa çalışırlar.

İran və Səudiyyə Ərəbistanının məntiqi təşəbbüsü ilə əldə edilən razılaşma, şübhəsiz ki, digər İslam ölkələrinin yaxınlaşması, əməkdaşlığı və birliyinə həlledici təsir göstərəcək. Xoşbəxtlikdən bununla bağlı mühüm inkişaflar başlayıb və sürətlə davam etməkdədir.

İran liderlərinin dəfələrlə bəyan etdiyi kimi, Tehran İslam ölkələrinin müxtəlif siyasi, iqtisadi, texnoloji və müdafiə sahələrində daha güclü olmasını istəyir və təbii ki, Səudiyyə Ərəbistanı ilə yeni münasibətlərdə də bu mövqeyini qoruyub saxlayacaq. Odur ki, Tehran və Ər-Riyad münasibətlərinin yeni dövründə beynəlxalq hüquq normalarına uyğun və Agentliyin (Beynəlxalq Atom Enerjisi Agentliyi) nəzarəti altında dinc nüvə texnologiyaları sahəsində əməkdaşlıq və İranın təcrübə və nailiyyətlərinin ikitərəfli münasibətlərin əsas oxlarından biri kimi ölkəyə ötürülməsi ilə mümkün ola bilər.”