04 June 2023

Tale Bağırzadə karserə salınıb

Müsəlman Birliiyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadə karserə salınıb. Ailəsi onun zəng günü olmasına baxmayaraq bu gün Bağırzadənin ailəsi ilə əlaqə saxlamadığını bildirir. Ötən həftə zəngi zamanı ilahiyyatçı həbsxanada ona maniələrin yaradılması haqqında məlumat vermişdi. Süni münaqişəyə çəkildiyini bildirən Hacı Tale bu barədə müəsisə rəsmilərinə xəbərdarlıq da etdiyini söyləyib.

Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub

İyunun 4-ü saat 04:20-dən saat 13:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atəşə tutulub.Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Azərbaycan taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb

Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, o, 1/4 finalda Emre Ateşliyə (Türkiyə) məğlub olub.

Rəqib 2:1 hesabı ilə qalib gəldiyindən Bədriəliabadi mundialla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatı bu gün başa çatacaq.

Çin ABŞ-la qarşıdurma ehtimalını qlobal fəlakət sayır

Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə dialoqun tərəfdarıdır. Belə bir fikiri Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda təhlükəsizliyə həsr olunmuş konfransda səsləndirib. O, Vaşinqtonla açıq qarşıdurma ehtimalını “bütün dünya üçün dözülməz fəlakət” adlandırıb.

Şanqfuya görə, sistemlər arasında fərqlərə baxmayaraq, ABŞ və Çin ortaq maraqlar və əməkdaşlıq üçün əsaslar axtarmalıdırlar.

Mahir Əzimova 3 gün ailəsi ilə olmaq izni verilib

Ötən gün siyasi məhbus Mahir Əzimovun 15 yaşlı oğlunun dənizdə boğulması haqqında xəbər vermişdik. Vəkili Zibeydə Sadiqova rəsmi dairələrə müraciət edərək oğlunun dəfni üçün istintaq altında olan Mahir Əzimovun buraxılmasını xahiş etmişdi. Ədliyyə Nazirliyi Əzimovun 3 gün müddətində məclisin idarə olunması üçün ailəsi ilə birlikdə olmaq müraciətini müsbət qarşılayıb. Mahir Əzimov bu gün azad olunaraq ailəsinin kədərini böylüşmək, onlara dəstək olmaq üçün evinə gətirilib.

Çin gəmisi Tayvan boğazında ABŞ destroyeri ilə toqquşmaya yaxın olub

Çin Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Cənubi Çin dənizində ABŞ destroyerinə 150 ​​metrdən az yaxınlaşıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, Çin dənizçilərinin bu cür hərəkətləri az qala toqquşmaya səbəb olub.

İnsident Tayvan boğazında ABŞ-Kanada birgə missiyası zamanı baş verib.

Rəisindən şikayət edən keçmiş polis həbs edildi

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, Asim Kərimov adlı şəxsin iddiasına görə, Binəqədi Rayon Polis İdarəsinə yeni təyin olunan rəis İlqar Məmmədov onu məzuniyyətdən geri çağıraraq xidmətdən xaric edib. O deyir ki, tanımadığı şəxslər tərəfindən ona böhtan atılıb.

Almaniyaya ötürülən Rusiya neftini Qazaxıstan nefti əvəzləyə bilər

Operativtv.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Tokayev Almaniyaya neft tədarükünü ildə 200 min tondan 1,2 milyon tona çatdırmağı təklif edib.

AzadlıqRadiosunun qazax xidməti yazır ki, Tokayev belə bir təklifi iyunun 2-də Qırğızıstanda keçirilən "Mərkəzi Asiya-Avropa İttifaqı" sammitində səsləndirib.