Mahir Əzimova 3 gün ailəsi ilə olmaq izni verilib

Ötən gün siyasi məhbus Mahir Əzimovun 15 yaşlı oğlunun dənizdə boğulması haqqında xəbər vermişdik. Vəkili Zibeydə Sadiqova rəsmi dairələrə müraciət edərək oğlunun dəfni üçün istintaq altında olan Mahir Əzimovun buraxılmasını xahiş etmişdi. Ədliyyə Nazirliyi Əzimovun 3 gün müddətində məclisin idarə olunması üçün ailəsi ilə birlikdə olmaq müraciətini müsbət qarşılayıb. Mahir Əzimov bu gün azad olunaraq ailəsinin kədərini böylüşmək, onlara dəstək olmaq üçün evinə gətirilib.

Xatırladaq ki, Mahir Əzimov 2022-ci il 20 iyun tarixində saxlanılmış və inanclı barəsində 234.4.3 maddə ilə cinayət işi başlanmışdı. Əzimov istintaq altında 1 saylı İstintaq Təcridxanasında saxlanılır.