Tale Bağırzadə karserə salınıb

Müsəlman Birliiyi Hərəkatının sədri ilahiyyatçı Hacı Tale Bağırzadə karserə salınıb. Ailəsi onun zəng günü olmasına baxmayaraq bu gün Bağırzadənin ailəsi ilə əlaqə saxlamadığını bildirir. Ötən həftə zəngi zamanı ilahiyyatçı həbsxanada ona maniələrin yaradılması haqqında məlumat vermişdi. Süni münaqişəyə çəkildiyini bildirən Hacı Tale bu barədə müəsisə rəsmilərinə xəbərdarlıq da etdiyini söyləyib. Hər həftənin cümə axşamı və bazar günü günlərində ailəsi ilə telefon əlaqəsi saxlayan illahiyyatçı standart 15-dəqiqə zəng çərçivəsindən çıxılmasına icazə belə verilmir. Hətta bütün dustaqların öz ailələri ilə video zənginə məhdudiyyət qoulmadığı halda təkcə Tale Bağırzadə bu hüququndan da məhrumdur.

İlahiyyatçının zəng günü olmasına baxmayaraq bu gün zəng vurmaması özünün də söylədiyi kimi karserdə olma ehtimalını yaradıb. MBH mətbuat katibliyi 12 saylı müəsisə ilə əlaqə saxlasa da, müəsisədən bildirilib ki, Tale Bağırzadənin heç bir problemi yoxdur və o, karserdə deyil. Zəng etməməsini isə müəsisə həbsxana telefonlarda problemlərlə əlaqələndirib.

 Lakin axşama doğru həyat yoldaşının 12 sayla müəsisə ilə növbəti zəngində məlum olub ki, müəsisə yalan məlumat verməklə Tale Bağırzadənin karserdə olma xəbərini qəsdən gizlədib. Ona bildirilib ki, Tale Bağırzadə karserdədir və zəng vura bilməməsi də bununla bağlıdır. Ailəsi Hacı Talenin hansı səbəbdən karserə salınmasını öyrənmək cəhdi uğursuz olub.